satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Ermənistanda Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Paşinyan Ermənistanda Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının ölkədəki müşahidə missiyasının yeni rəhbəri Satu Koyvunu qəbul edib.

NTV-nin məlumatına görə, bunu yerli KİV Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə istinadən bildirib.

Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələlərinə toxunublar.

Paşinyan Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin inkişafının dinamik xarakterini və demokratik institutların inkişafı işində Aİ-nin ardıcıl dəstəyini vurğulayıb.

Qeyd edək ki, Koyvu bu vəzifəyə cari il fevralın 17-də təyin olunub. O bu vəzifədə Markus Ritteri əvəzləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM