satellite   Azerspace-1: 11135 H 30000

Çin Hörmüz boğazından 3 gəmisinin keçdiyini təsdiqləyib

Çin Hörmüz boğazından 3 gəmisinin keçdiyini təsdiqləyib

Çinin 3 gəmisi müvafiq tərəflərin köməyi və koordinasiyası ilə bu yaxınlarda Hörmüz boğazından keçib.

NTV  xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin rəsmi Pekinin İrandan gəmilərin təhlükəsizliyi ilə bağlı zəmanət alıb-almadığı ilə bağlı sualı cavablandırarkən deyib.

"Müvafiq tərəflərin köməyinə görə təşəkkür edirik", - deyən Mao Nin əlavə edib ki, Hörmüz boğazı və ona bitişik sular əmtəə və enerji ticarəti üçün mühüm beynəlxalq gəmiçilik yolu kimi xidmət edir.

Qeyd edək ki, gəmilərin hərəkətini izləyən “MarineTraffic” platforması martın 30-da Çinin 2 iri konteyner gəmisinin Hörmüz boğazından Oman körfəzinə keçdiyini göstərib. Bu, Yaxın Şərqdə gərginlik başlayandan İran bayrağı altında üzən gəmilər istisna olmaqla Hörmüz boğazından ilk konteyner gəmilərinin keçididir.

Hörmüzü keçən gəmilər Çinin “Cosco” şirkətinə məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM