satellite   Azerspace-1: 11135 H 30000

Terrorçular Pakistanın qərbində qaz kəmərini partladıblar

Terrorçular Pakistanın qərbində qaz kəmərini partladıblar

Pakistanın qərbindəki Harnay şəhərində yaraqlılar qaz kəmərini partladıblar, nəticədə Kvetta və Yuxarı Bəlucistana qaz təchizatı qismən dayandırılıb.

NTV xəbər verir ki, bu barədə Pakistanın "The Express Tribune" qəzetinin məlumatında deyilir.

Partlayış nəticəsində yerli enerji şirkəti "Sui Southern Gas Company"yə (SSGC) məxsus qaz kəmərinin borusu zədələnib. Şirkətin nümayəndəsi qəzanı təsdiqləyərək bildirib ki, hadisə yerinə gələn mütəxəssislər qaz təchizatını dayandırıb və yanğını söndürüblər, lakin qaz kəməri tamamilə sıradan çıxıb.

SSGC-nin nümayəndəsi bəyan edib ki, boru kəmərinin zədələnmiş hissəsinin təmirinə hüquq-mühafizə orqanlarından icazə alındıqdan sonra başlanılacaq. Təmir işlərinin 12-24 saat davam edəcəyi və bundan sonra qaz təchizatının bərpa olunacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM