satellite   Azerspace-1: 11135 H 30000

Çində tuneldə partlayış: 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Çində tuneldə partlayış: 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Çinin cənub-qərbindəki Çonçin bələdiyyəsində tikilməkdə olan magistral tuneldə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

NTV xəbər verir ki, yerli hakimiyyət orqanları hadisənin martın 30-da saat 15:10 radələrində Hubey və Siçuan əyalətlərini birləşdirən magistral yolda tikinti sahəsində baş verdiyini açıqlayıb. Əvvəlcə bir nəfərin itkin düşdüyü, 12 nəfərin isə yaralandığı bildirilib. Martın 31-də səhər saatlarında xilasedicilər itkin düşmüş şəxsin meyitini tapıblar. Yaralılardan üçü isə tibbi yardım alsa da, dünyasını dəyişib.

Polis partlayışın tezalışan qazdan qaynaqlandığı ehtimal edir. Hazırda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM