Ukraynanın “Naşa Versiya” nəşrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
NTV xəbər verir ki, məqalənin müəllifi həmvətənimiz Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir.
Məqalədə, müəllif 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilərin və bolşeviklərin törətdiyi qanlı cinayətlər barədə ətraflı məlumat verilib.
Müəllif Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın sonunda Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Sərəncamını xatırladıb və soyqırımın beynəlxalq səviyyədə tanıdılmasında Prezident İlham Əliyevin xidmətlərinə diqqət yetirib.
