satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 10 milyard dollara çatdırılacaq

Qazaxıstan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 10 milyard dollara çatdırılacaq

Qazaxıstan ilə Özbəkistan arasında ticarət dövriyyəsi ötən il 16,2 faiz artaraq 4,8 milyard dollar təşkil edib. Qazaxıstanın Özbəkistana ixracı 3,5 milyard dollara, idxalı isə 1,3 milyard dollara çatıb. Qazaxıstan Özbəkistanın üçüncü ən böyük xarici ticarət tərəfdaşıdır.

 

NTV xəbər verir ki, müvafiq məlumatlar Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevin Özbəkistana rəsmi səfəri zamanı hazırlanan infoqrafikdə təqdim olunub.

 

Bildirilib ki, ötən ilin mart ayında tərəflər ticarət dövriyyəsini 2030-cu ilədək 10 milyard dollara çatdırılmasına dair proqram imzalayıblar. Qazaxıstanın 2005-2025-ci illərdə Özbəkistana yatırdığı investisiyaların ümumi məbləği 1 milyard dollar, Özbəkistanın Qazaxıstana yatırılan investisiyaların ümumi məbləği isə 73,2 milyon dollar təşkil edib. “Mərkəzi Asiya” Beynəlxalq Sənaye Əməkdaşlıq Mərkəzi birgə sənaye zonası kimi fəaliyyət göstərir. Tranzit və nəqliyyat sektorunda tərəflər Orta Dəhlizi təşviq edir, iki ölkə arasında həftədə 38 uçuş həyata keçirilir, “Jibek jolı” birgə mədəni və turizm qatarı fəaliyyət göstərir.

 

2024-2025-ci illərdə dövlət başçıları tərəfindən 10 qarşılıqlı səfər həyata keçirilib.

 

Qazaxıstan ilə Özbəkistan arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 23-də qurulub, 2022-ci ildə isə Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM