satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı xəbərin doğru olmadığı açıqlanıb

Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı xəbərin doğru olmadığı açıqlanıb

Qazaxıstanda pensiya ödənişlərindən 20 faiz tutulmanın tətbiqi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

NTV xəbər verir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il yanvarın 1-dən baza və həmrəylik pensiyaları proqnozlaşdırılan inflyasiya səviyyəsinə uyğun olaraq 10 faiz artırılıb.

Nazirlik vətəndaşlardan yalnız rəsmi mənbələrdən olan məlumatlara etibar etmələrini xahiş edib və xatırladıb ki, bilərəkdən yalan məlumatların yayılması qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.

Qeyd edək ki, Qazaxıstanda naməlum şəxslər pensiyaların 20 faizinin tutulması ilə bağlı videoçarxlar yayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM