Gürücstanda elektrik enerjisinin istehlak qiymətləri bahalaşıb.
NTV xəbər verir ki, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (NSU) qərarına əsasən, bölgələrdə, eləcə də paytaxtda istehlakçılar üçün elektrik enerjisi tarifi 5 tetri artırılıb.
Belə ki, paytaxt Tbilisidə olduğu kimi, regionlardakı “EP Georgia” müştəriləri üçün 0-dan 101 kVt/saata qədər istehlak üçün tarif kVt/saat üçün 15.041 tetridən 20.041 tetriyə, 101-dən 301 kVt/saata qədər istehlakçılar üçün tarif kVt/saat üçün 19.053 tetridən 24.053 tetriyə, 301 kVt/saatdan çox istehlakçılar üçün tarif kVt/saat üçün 23.537 tetridən 28.537 tetriyə qədər artacaq.
