satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda 300 kq marixuana müsadirə edilib

Qazaxıstanda 300 kq marixuana müsadirə edilib

Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.

NTV-nin POLISIA.KZ-ə istinadən verdiyi xəbərə görə, Jezkazgan - Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.

Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artıq olan 13 paket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.

Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM