satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanına son sutkada 12 PUA hücumu olub

Səudiyyə Ərəbistanına son sutkada 12 PUA hücumu olub

Səudiyyə Ərəbistanına son 24 saat ərzində 12 pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum həyata keçirilib.

NTV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə istinadən "Haber Global" məlumat yayıb.

"Son 24 saat ərzində hava hücumundan müdafiə sistemi 12 PUA zərərsizləşdirib", - məlumatda bildirilib.

PUA-ların dəqiq hücum hədəfi və yaranan fəsadlar barədə məlumat paylaşılmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM