satellite   Azerspace-1: 11135 H 30000

Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib

Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib

Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət ediblər.

NTV-nin məlumatına görə, cütlüyün bəyanatı Maduronun "X" sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

"Məktublarınız və dualarınız bizə çatdı. Hər bir sevgi sözü, hər bir qayğı jesti, hər bir dəstək ifadəsi ruhumuzu doldurur və bizi mənəvi cəhətdən gücləndirir", - müraciətdə deyilir.

Onlar həmvətənlərini ölkədə sülhün qorunması üçün çalışmağa, milli birliyi möhkəmləndirməyə, barışığa, bağışlamağa və birliyə can atmağa çağırıblar.

"Qoy heç kim birgəyaşayış və hörmət dialoqu yolundan dönməsin, çünki bu, vətənin yoludur, bu, yaxşılıq yoludur", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.

İki gün sonra - yanvarın 5-də Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bəyan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib.

Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsindəki ikinci iclas çərçivəsində dinləmələr martın 26-da keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM