satellite   Azerspace-1: 11135 H 30000

Norveç müdafiə xərclərini artırır

Norveç müdafiə xərclərini artırır

Norveçdə yaxın 10 il üçün müdafiə xərcləri əlavə olaraq 115 milyard kuron (təxminən 20 milyard manat) artırılacaq.

 

NTV xəbər verir ki, bu barədə Norveç hökumətinin məlumatında bildirilib. Artım qlobal təhlükəsizliklə bağlı vəziyyətin qeyri-müəyyənliyi ilə izah edilir.

 

Ölkənin hərbi büdcəsi hazırkı 112 milyard kurondan 2035-ci ildə 190 milyarda çatdırılacaq. Bu da 2022-ci illə müqayisədə üçqat artım deməkdir.

 

Bu artımdan sonra krallığın hərbi büdcəsi ÜDM-in 3,5 faizinə bərabər olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM