satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan sahillərində 22 miqrant həlak olub

Yunanıstan sahillərində 22 miqrant həlak olub

Yunanıstan sahillərində miqrantları daşıyan qayıqda azı 22 nəfər həlak olub.

NTV xarici mediaya istinadla xəbər verir ki, hadisə Krit adası yaxınlığında baş verib. Avropa Sərhəd Mühafizəsi Agentliyinin gəmisinin heyəti 26 nəfəri xilas edib.

 

Xilas edilənlər arasında bir qadın və bir azyaşlı da var. Tibbi yardıma ehtiyacı olan şəxslər xəstəxanalara yerləşdirilib. Sağ qalanlardan iyirmi bir nəfərin Banqladeş, dörd nəfərin Cənubi Sudan, bir nəfərin isə Çad vətəndaşı olduğu bildirilir.

 

Qeyd olunur ki, qayıq martın 21-də Liviyanın şərqində yerləşən Tobruk şəhərindən yola düşüb. Altı gün davam edən səfər ərzində sərnişinlər qida və sudan məhrum qalıblar. Qayıqdakılar əlverişsiz hava şəraiti səbəbindən istiqaməti müəyyən edə bilməyərək açıq dənizdə qalıblar. Yunanıstan sahil mühafizəsi ölənlərin meyitlərinin insan alverçilərinin göstərişi ilə Aralıq dənizinə atıldığını bildirib.

 

Yunanıstan hakimiyyəti insan alverində şübhəli bilinən, Cənubi Sudan vətəndaşları olan iki nəfəri saxlayıb. Onlara qarşı sərhədi qanunsuz keçmə və ehtiyatsızlıqdan adam öldürmə ittihamları irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Mahaçqalada sel fəlakəti

19:56 28.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM