satellite   Azerspace-1: 11135 H 30000

Avropa müdafiə şirkəti MBDA raket istehsalını daha da artırır

Avropa müdafiə şirkəti MBDA raket istehsalını daha da artırır

Avropa raket istehsalçısı MBDA şirkəti bu il üçün əlavə 40 faiz artım və geniş investisiya planını açıqlayıb.

NTV xəbər verir ki, bu barədə Avropa müdafiə şirkətinin baş direktoru Erik Beranje Parisdə keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, şirkət “Mistral” raketlərinin illik istehsalını dörd dəfə artırıb və “Aster” raketlərinin tədarükünü planlaşdırılandan beş dəfə çox həyata keçirib. Bu tədarüklər xüsusilə Qırmızı dənizdə fəaliyyət göstərən hərbi gəmilərin yenidən təchiz olunmasına yönəlib.

Buna baxmayaraq, şirkət rəhbərliyi mövcud səylərin artan tələbatı tam qarşılamaq üçün hələ də kifayət etmədiyini bildirib.

MBDA istehsal gücünü daha da artırmaq üçün 2026–2030-cu illəri əhatə edən dövrdə investisiyalarını iki dəfə artıraraq təxminən 5 milyard avroya çatdırmağı planlaşdırır. Bu vəsait mövcud istehsal sahələrinin genişləndirilməsinə, yeni obyektlərin tikintisinə və Avropada əlavə zavodların açılmasına yönəldiləcək. Şirkət əsasən Fransa, Birləşmiş Krallıq, İtaliya, İspaniya və Almaniya kimi ölkələrdə fəaliyyət göstərir.

“Airbus”, “BAE Systems” və “Leonardo” tərəfindən idarə olunan MBDA-nın sifariş portfeli artıq 44 milyard avronu keçib. Bu artım əsasən dövlət sifarişləri və yenidən silahlanma proqramları ilə bağlıdır. Şirkət, həmçinin sənaye modelində dəyişiklik edərək bəzi məhsulları müqavilələr imzalanmadan əvvəl istehsal etməyə başlayıb. Məqsəd tələbatı qabaqlamaq və ehtiyatlar yaratmaqdır.

MBDA 2026-cı ildə işə təxminən 2800 yen işçi cəlb etməyi planlaşdırır. Bununla ümumi işçi sayı 22 min nəfəri ötəcək və istehsalın genişlənməsini dəstəkləyəcək.

Bununla yanaşı, şirkət yüksək intensivlikli münaqişələr üçün yeni silah sistemləri üzərində işləyir. Bunlara daha ucuz raketlər və müdafiə sistemlərini yükləmək üçün nəzərdə tutulan “kamikadze” dronlar daxildir. Eyni zamanda uzunmənzilli zərbə sistemləri və lazerli enerji silahları üzrə yeni nəsil layihələr də inkişaf etdirilir.

MBDA-nın istehsalı artırmaq qərarı Avropada daha geniş yenidən silahlanma prosesinin bir hissəsidir. Bu proses hərbi büdcələrin artması və beynəlxalq vəziyyətin qeyri-sabitliyi fonunda təcili sursat sifarişlərinin çoxalması ilə xarakterizə olunur.

Bu dinamika Avropa ölkələrinin müdafiə qabiliyyətlərini gücləndirmək istiqamətində uzunmüddətli strategiyalar qurduğunu göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Mahaçqalada sel fəlakəti

19:56 28.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM