satellite   Azerspace-1: 11135 H 30000

Tailand Hörmüz boğazı vasitəsilə neftin təhlükəsiz daşınması üçün İranla danışıqlar aparıb

Tailand Hörmüz boğazı vasitəsilə neftin təhlükəsiz daşınması üçün İranla danışıqlar aparıb

Banqkok Tehranla neftin Hörmüz boğazı vasitəsilə daşınması üçün təhlükəsiz marşrutun qorunması məsələsinə dair danışıqlar aparıb.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anuthin Çanvirakun mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hökumət Tailandın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün səylərini artırıb, əsas amillərdən biri isə İranla neftin Hörmüz boğazı vasitəsilə təhlükəsiz nəql marşrutlarının qorunması ilə bağlı danışıqlar olub. Bu isə tədarükdə fasilələrin yaranması təhlükəsini azaltmağa kömək edib.

"Neft qiymətlərinin dəyişməsinin səbəb olduğu narahatlığa görə xalqdan üzr istəməliyəm. İctimaiyyəti əmin edirik ki, neft ehtiyatlarımız kifayət qədərdir", - Baş nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM