satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışında iştirak edəcək

Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışında iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin martın 27-də videokonfrans vasitəsilə Dərbənddə binası yeni təmirdən çıxmış Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak edəcək.

NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib və mərasimin Beynəlxalq Teatr Gününə təsadüf etdiyini qeyd edib. Onun sözlərinə görə, söhbət, tarixi XIX əsrdən başlayan tarixi teatrdan gedir.

Peskov vurğulayıb ki, Dərbənddə Azərbaycandan qonaqlar gözlənilir, onlar yenilənmiş mədəniyyət obyektinin açılışına həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM