satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ-nin quru əməliyyatı ehtimalına qarşı İranda 1 milyondan çox döyüşçü səfərbər edilib

KİV: ABŞ-nin quru əməliyyatı ehtimalına qarşı İranda 1 milyondan çox döyüşçü səfərbər edilib

ABŞ-nin quru əməliyyatı keçirəcəyi təqdirdə, cavab tədbirləri üçün bir milyondan çox İran döyüşçüsü səfərbər edilib.

NTV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

"ABŞ-nin İran ərazisində quru əməliyyatına başlaya biləcəyi ilə bağlı fərziyyələrin artması ilə əlaqədar İran döyüşçüləri arasında amerikalılar üçün İran torpağında tarixi cəhənnəm yaratmaq üçün həvəs dalğası böyüyür", - məlumatda bildirilib.

Mənbə qeyd edib ki, son günlər İran gəncləri tərəfindən də ABŞ və İsrailə qarşı cavab hərbi əməliyyatlarında iştirak etməyə kütləvi maraq müşahidə olunur.

"ABŞ intihar və özünü məhvetmə taktikalarının köməyi ilə Hörmüz boğazını açmaq istəyi. Bu, normaldır. Biz həm onların intihar strategiyasının həyata keçirilməsinə, həm də boğazın bağlı qalmasına hazırıq", - hərbi mənbə əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM