satellite   Azerspace-1: 11135 H 30000

“SpaceX” və “Amazon” Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraqlanır

“SpaceX” və “Amazon” Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraqlanır

Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinə aşağı orbitli peyklərə çıxış parametrləri barədə məlumat verildiyini bildirib.

NTV xəbər verir ki, Vaşinqtonda “Satellite 2026” beynəlxalq peyk rabitəsi sərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan respublikada aşağı orbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.

 

“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərinin Türkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsində tələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, – deyə nazir müavini bildirib.

 

Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yer orbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A peyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərin aparıldığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM