satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir: Hökumət Gürcüstan Patriarxının seçkisinə müdaxilə etməyəcək

Baş nazir: Hökumət Gürcüstan Patriarxının seçkisinə müdaxilə etməyəcək

"Gürcüstan Patriarxının seçilməsi prosesi müstəqil olmalıdır və hər kəs bunu patriarxın seçilməsi ilə bağlı qərarı verən Müqəddəs Sinodun ixtiyarına verməlidir".

NTV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Hökumət bu prosesə müdaxilə etməməlidir. Bu, Müqəddəs Sinodun işidir və Sinod üzvlərinin qərarıdır. Hökumət məhz belə davranır və lakin, biz bunu siyasi rəqiblərimiz haqqında deyə bilmərik. Bu, onların Kilsəyə münasibətini göstərir. Əgər kimsə bu prosesə müdaxilə etməyə çalışırsa, bunlar bizim rəqiblərimizdir. Onlar birbaşa Patriarxın rolunu və onun müdrikliyini azaltmağa çalışırlar" - deyə, Kobaxidze bildirib.

 

Xətayi Əzizov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM