satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar edir.

NTV xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsində intensiv istifadə olunan pilotsuz dəniz dronlarının idarəetməni itirməsi nəticəsində Qara dənizdə yaratdığı riskləri yaxından izləyir:

"Hərbi Dəniz Qüvvələri Komandanlığımıza bağlı birliklər Qara dənizdəki ərazi sularımızın qorunması məqsədilə fəaliyyətlərini davam etdirir".

Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu "ALTURA" neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM