satellite   Azerspace-1: 11135 H 30000

Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr edib

Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr edib

ABŞ Prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndirilməsi barədə əmr verdiyini açıqlayıb.

NTV xəbər verir ki, o, bu açıqlamanı Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının kampaniya komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində verib.

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı barədə danışan Tramp iddia edib ki, ölkəsi ən yaxşı silahlara malikdir.

"Əgər fikir vermisinizsə, dedim ki, onu daha sürətli və daha çox miqdarda istehsal edin, çünki hamısının Amerikada istehsal olunmasına ehtiyacımız var", - deyə o bildirib.

Vaşinqton administrasiyası bu ayın əvvəlində "BAE Systems", "Boeing", "Honeywell Aerospace", "L3Harris Missile Solutions", "Lockheed Martin", "Northrop Grumman" və "Raytheon" da daxil olmaqla aparıcı silah istehsalçılarının nümayəndələrinin silah istehsalını dördqat artırmaq barədə razılığa gəldiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM