satellite   Azerspace-1: 11135 H 30000

"Xatəm əl-Ənbiya": İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

"Xatəm əl-Ənbiya": İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib və Amerika qoşunlarının bölgədən çıxarılmasını tələb edir.

NTV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

"Bölgədəki bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerləri bildirməyə, eyni zamanda öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb etməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.

Qeyd edək ki, İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

16:34 25.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM