satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərib

KİV: ABŞ İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərib

ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib.

NTV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, sənədin təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib.

Planın İran rəhbərliyinə nə dərəcədə geniş şəkildə təqdim olunduğu və Tehranın onu danışıqlar üçün əsas kimi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil.

Mənbələrin məlumatına görə, sənəddə İranın raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı məsələləri müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM