satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır

Ermənistan mövcud infrastrukturdan istifadə edərək, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Kornidzor-Gorus-Yeğeqnadzor-Yerasx marşrutu üzrə avtomobil nəqliyyatı magistralını açmağa hazırdır.

NTV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentindəki çıxışında söyləyib.

O deyib: "Təklifimiz heç bir şəkildə Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya görməzdən gəlmək məqsədi daşımır və mən bunu rəsmi olaraq bildirirəm. Biz bu təklifi irəli sürürük, çünki özümüz Azərbaycan dəmir yollarından bir qədər alternativ şəkildə istifadə edirik. Azərbaycan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmağı səbirsizliklə gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Ermənistanın cənubu və şimalı arasında dəmir yolu əlaqəsi qurmağı səbirsizliklə gözləyirik”.

N.Paşinyanın sözlərinə görə, Ermənistan üçün bu dəmir yolu marşrutunun alternativi yoxdur. Ona görə ki, ölkənin dağlıq ərazisi cənub və şimal arasında dəmir yolu nəqliyyatının qurulması üçün başqa vasitələrin yaradılmasına mane olur.

“Gördüyünüz kimi, Ermənistanın və Azərbaycanın bu baxımdan gözləntiləri ardıcıldır”, – deyə N.Paşinyan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM