satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının səfirləri İrana qarşı yeni sanksiyaları təsdiqləyiblər

Avropa İttifaqının səfirləri İrana qarşı yeni sanksiyaları təsdiqləyiblər

Avropa İttifaqına üzv ölkələrin səfirləri insan hüquqlarının pozulmasında günahkar olduqları iddia edilən 19 şəxsə və təşkilata qarşı yeni sanksiyaları təsdiqləyiblər.

NTV xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bu barədə özünün sosial media hesabında yazıb. “Bu gün üzv ölkələrin səfirləri ciddi insan hüquqları pozuntularında məsul olan 19 rejim rəsmisi və təşkilatına qarşı yeni sanksiyaları təsdiqləyib”, - deyə Kaya Kallas bildirib.

Qeyd edək ki, bundan öncə, yanvarın 29-da Brüssel İranda hökumət əleyhinə etirazların yatırılmasında məsul olan təhlükəsizlik xidmətinin 15 zabitinə və ölkənin daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM