satellite   Azerspace-1: 11135 H 30000

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb.

Azərbaycanın Dubay şəhərindəki baş konsulluğundan NTV-yə  verilən məlumata görə, xəsarət alan vətəndaşımız bu gün xəstəxanadan buraxılıb. Baş konsulluq vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM