Yaponiyanın “Mitsui OSK Lines” şirkətinə məxsus yük gəmisi Körfəzdə atəşə tutulub.
NTV Yaponiya mediasına istinadla xəbər verir ki, atəş nəticəsində gəminin arxa tərəfinə ziyan dəyib. Xəsarət alan olmayıb.
Yaponiyanın Nəqliyyat Nazirliyi məsələni araşdırır.
Qeyd edək ki, Yaxın Şərqdəki münaqişənin gedişində Körfəzdə bir neçə yük gəmisinin atəşə tutulması faktı qeydə alınıb.
