satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada Fukuşima zəlzələsinin qurbanları yad edilir

Yaponiyada Fukuşima zəlzələsinin qurbanları yad edilir

Yaponiyada 2011-ci ildə baş vermiş 9 ballıq Fukuşima zəlzələsinin və onun ardınca yaranan sunaminin 15-ci ildönümü qeyd olunur.

NTV Yaponiya mediasına istinadla xəbər verir ki, martın 11-də ölkənin müxtəlif yerlərində zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar anım tədbirləri təşkil olunub. Zəlzələnin qeydə alındığı vaxtda 1 dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsi yad edilib.

Qeyd edək ki, Yaponiya tarixinə “Böyük Şərq zəlzələsi” kimi düşən yeraltı təkan və onun nəticəsində yaranan sunami ölkənin şərq və şimal-şərq sahillərinə böyük zərər vurub. Hakimiyyət orqanlarının bildirdiyinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin və itkin düşənlərin sayı 19 min 711 nəfər təşkil edir. Buraya təbii fəlakətin yaratdığı fəsadlar səbəbindən sonrakı dövrdə ölənlər də daxildir. Bundan başqa, 1519 nəfər itkin hesab olunur. Hökumətin hesabatına əsasən, bölgədə 750 mindən çox ev fəlakət nəticəsində zərər görüb. Hazırda İvate, Miyaqi və Fukuşima prefekturalarında 26 mindən çox ailə evlərini itirənlər üçün tikilmiş ictimai mənzillərdə yaşayır.

Hökumətin o vaxtdan indiyədək həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işlərinə 41 trilyon yen (təxminən 260 milyard Amerika Birləşmiş Ştatları dolları) vəsait ayırıb. Buraya 430 kilometrlik dəniz divarının tikintisi xərcləri də daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM