satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

NTV Türkiyə mediasına istinadla xəbər verir ki, iki ölkə rəhbəri regional və qlobal prosesləri, xüsusilə İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Türkiyə lideri bildirib ki, İran İslam Respublikası ətrafında yaranmış vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır.

Prezident Ərdoğan danışıqlar prosesinin dərhal bərpa olunmasının tərəfdarı olduğunu bildirib və Ukraynanın bərpasına başlanmasının vacibliyini vurğulayıb.

O, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin kritik əhəmiyyət daşıdığını qeyd edib.

Dövlət başçısı atəşkəs rejiminin regionun enerji infrastrukturu və limanlarını qoruyacağını, həmçinin tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Ankaranın bu məqsədlərə nail olmaq üçün hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM