satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

NTV xəbər verir ki, açılış oyununda Türkiyənin “Qalatasaray” klubu öz meydanında İngiltərə “Liverpul”unu qəbul edib. “Rams Park” stadionunda keçirilən görüş İstanbul nəhənginin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Matçın yeganə qolunu 7-ci dəqiqədə Mario Lemina vurub.

Xatırladaq ki, bu komandalar arasında Liqa mərhələsində baş tutan oyun İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Günün digər matçları saat 00:00-da start götürəcək. Almaniyanın “Bavariya” klubu İtaliyada “Atalanta”nın, İngiltərə “Tottenhem”i İspaniyada “Atletiko Madrid”in, İspaniya “Barselona”sı isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-i və 12-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM