satellite   Azerspace-1: 11135 H 30000

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

Martın 9-da İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Bu barədə NTV-yə Azərbaycanın İsrail Dövlətindəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. O, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edərək burada yaşayırdı.

"Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk",- deyə məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM