satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti Kubaya xəbərdarlıq edib

ABŞ Prezidenti Kubaya xəbərdarlıq edib

Vaşinqton Kubanın statusunu dəyişdirmək üçün müxtəlif variantları, o cümlədən üzərində nəzarəti təmin etməyi nəzərdən keçirir.

NTV xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında Havana ilə mümkün razılaşma ilə bağlı suala cavab olaraq açıqlayıb.

"Bu, dostcasına da ola bilər, qeyri-dostcasına da. Bunun fərqi yoxdur, çünki onların nə enerjisi, nə də pulu var. Onlar dərin humanitar böhran içindədirlər və biz bunu görmək istəmirik", - deyə Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, adanın kritik vəziyyəti razılaşmanı qaçılmaz edir. Tramp hesab edir ki, Kuba hakimiyyəti "ya razılaşma əldə edəcək, ya da (ABŞ-Red) bunu (hakimiyyət dəyişikliyini - Red) eyni dərəcədə asanlıqla edəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM