satellite   Azerspace-1: 11135 H 30000

FT: Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək

FT: Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək

Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.

NTV xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb”.

Martın 7-də “Sky News” telekanalı mənbəyə istinadla bildirmişdi ki, Böyük Britaniya Portsmut şəhərində yerləşən “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün göndərilməsinə hazırlaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM