satellite   Azerspace-1: 11135 H 30000

Tramp İrana quru qoşunların yeridilməsini istisna etməyib

Tramp İrana quru qoşunların yeridilməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunların yeridilməsi ehtimalını istisna etmədiyini bəyan edib.

NTV xəbər verir ki, Tramp bunu "The New York Post"a açıqlayıb.

Onun sözlərinə görə, "Epic Fury" ("Epik Qəzəb") əməliyyatı qrafikdən irəlidədir və Tehranın onlarla yüksək rütbəli məmurunu məhv edib.

"Quru qoşunları ilə bağlı heç bir şübhəm yoxdur. Hər Prezident deyir: Yerdə qoşun olmayacaq. Mən belə demirəm", - o bildirib.

Daha əvvəl Tramp müharibənin təxminən dörd həftə davam edə biləcəyini söyləyib, lakin müsahibədə müddətlərin qısala biləcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM