satellite   Azerspace-1: 11135 H 30000

Çin yeni nəsil daşıyıcı raketi sınaqdan keçirib

Çin yeni nəsil daşıyıcı raketi sınaqdan keçirib

Çin astronavtları orbitə göndərmək üçün hazırlanan yeni nəsil daşıyıcı raketi - “Uzun yürüş-10” (Long March-10) və yeni nəsil kosmik gəmini – “Mengzhou”nu sınaqdan keçirib.

NTV xəbər verir ki, Haynan adasındakı Vençan kosmodromundan buraxılan raket aşağı Yerətrafı orbitdə yoxlama uçuşu yerinə yetirib. Astronavtları kosmosa göndərmək üçün nəzərdə tutulan “Mengzhou” gəmisinin isə yüksək dinamik təzyiqə davamlılığı yoxlanılıb.

Çinin Kosmos Agentliyi sınaqların uğurla başa çatdığını, kosmik gəminin yerə qayıtma kapsulunun dənizdə planlaşdırılan sahəyə düşdüyünü açıqlayıb.

Qeyd edək ki, super ağır daşıyıcı raket olan “Uzun yürüş-10” astronavtları aşağı Yerətrafı orbitə çıxarmaq və Çinin Ay missiyası üçün nəzərdə tutulub. Raket 70 ton yükü aşağı Yerətrafı orbitə, 27 ton yükü isə Ayın orbital trayektoriyasına çıxarmaq üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM