satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də yüngül motorlu təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-də yüngül motorlu təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla altı nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə “Fox 8” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan yeddi dəqiqə sonra qəzaya uğrayıb.

Telekanalın məlumatına görə, hazırda qəzanın səbəbləri aydın deyil. Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM