satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən quraq səhrasına qar yağıb

Dünyanın ən quraq səhrasına qar yağıb

Çilinin Atakama səhrası qar örtüyünə bürünüb.

NTV  xəbər verir ki, qarlı səhranın videosu ALMA rəsədxanasının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Videonun şərhində rəsədxana işçiləri qarın yağmasından təəccüblərini ifadə edərək Atakamanın dünyanın ən quraq səhrası olduğunu vurğulayırlar. ALMA əməkdaşları nadir bir hadisənin şahidi olduqlarını bildirirlər.

Atakamada belə qar yağışı on ildə bir dəfədən çox olmayaraq baş verir. Bundan əvvəl, 2024-cü ildə BMT xəbərdarlıq etmişdi ki, qlobal temperatur 3 dərəcə Selsini keçərsə, Cənubi Avropa ölkələri genişmiqyaslı səhralaşma təhlükəsi ilə üzləşəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Skinin sözlərinə görə, bu region iqlim dəyişikliyinə xüsusilə həssasdır və vəziyyətin belə davam etməsi geridönməz ekoloji nəticələrə gətirib çıxara bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM