satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır

Ərdoğan: Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır

Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı aidiyyəti üzrə görüşləri davam etdirir.

NTV "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, "F-35" proqramı texniki olduğu qədər siyasi bir prosesdir:

"Biz "F-35"lərdən vaz keçməmişik. Layihəyə qayıdış ilə əlaqədar müzakirələr aparırıq.Türkiyə haqsız yerə proqramdan kənarlaşdırılıb. Müttəfiqlik ruhu ilə uyğun gəlməyən bu addımı həmişə tənqid etmişik. Donald Trampla görüşlərimizdə məsələni müzakirə etdik və texniki səviyyədə danışıqlara başlandı. İnşallah, irəliləyiş əldə edəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM