satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Təhlükəsizlik Şurası: Azərbaycan və Ermənistan arasında sülh bölgədəki bütün tərəflərə müsbət təsir göstərəcək

Türkiyə Təhlükəsizlik Şurası: Azərbaycan və Ermənistan arasında sülh bölgədəki bütün tərəflərə müsbət təsir göstərəcək

Türkiyə, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasından məmnundur.

NTV   xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 22-də Ankarada keçirilmiş Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılmış yekun bəyanatda deyilir.

Bəyanatda Türkiyənin Bakı və İrəvan arasında sülhün təmin olunması üçün şəraitin formalaşdırılması məsələsində gözləntiləri bir daha vurğulanır. Qeyd olunur ki, bu proses bölgədəki bütün aktorlara müsbət təsir göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM