satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

NTV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

O, həmçinin cinayətkarı məsuliyyətə cəlb edəcəyinə söz verib.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” sosial media səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM