satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Qəzza münaqişəsi tərəflərinin razılığa gəlməyə yaxın olduğu qənaətindədir

ABŞ Qəzza münaqişəsi tərəflərinin razılığa gəlməyə yaxın olduğu qənaətindədir

Qətərin paytaxtı Dohada Qəzza zolağındakı münaqişənin həlli üzrə birbaşa olmayan danışıqlar aparan HƏMAS və İsrail tədricən razılaşmanın əldə olunmasına yaxınlaşır.

NTV TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidentinin xüsusi elçisi Adam Beler səsləndirib.

"Hesab edirəm ki, Dohada dialoq iştirakçıları Qəzza ilə bağlı razılığa gəlməyə daha da yaxınlaşırlar", - Beler qeyd edib.

Agentliyin məlumatına görə, Misirin "Əl-Qahirə əl-İxbariyyə" televiziya kanalı Qətərdə danışıqların davam etdiyi barədə məlumat verib. Bildirilib ki, hazırda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun rəhbərliyi altında dialoq aparılır.

Daxil olan məlumata görə, Qətərdə olan israilli danışıqçılar qrupunun missiyası ən azı daha bir gün uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM