satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Birləşmiş Krallıqda vətəndaşlarının əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

NTV xəbər verir ki, yerli medianın məlumatına əsasən, İran XİN vətəndaşlarının saxlanmasını və onlara qarşı sübutsuz ittihamların irəli sürülməsini beynəlxalq hüququn norma və standartlarına və insan hüquqlarına zidd olduğunu bildirib.

İranlı diplomatların sözlərinə görə, saxlanılan şəxslərə konsulluqla əlaqə yaratmaq imkanı və müdafiə hüququ verilməyib. Tehran Londonun hərəkətlərini İrana təzyiq cəhdi və siyasi motivli həbs hesab edir.

Mayın 17-də Böyük Britaniyanın bir neçə şəhərində dörd İran vətəndaşı saxlanılıb. Elə həmin gün azadlığa buraxılan iranlılara qarşı gələcəkdə sanksiyaların tətbiqi istisna edilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM