satellite   Azerspace-1: 11135 H 30000

Kobaxidze: ABŞ Gürcüstanın sayəsində Əfqanıstan və İraqda 2,5 milyard dollar qənaət edib

Kobaxidze: ABŞ Gürcüstanın sayəsində Əfqanıstan və İraqda 2,5 milyard dollar qənaət edib

ABŞ gürcü hərbçilərin Əfqanıstan və İraqdakı missiyalarda iştirakı sayəsində 2,5 milyard dollar qənaət edib.

NTV-nin  məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli "İmedi" telekanalına müsahibəsində deyib.

"Amerika tərəfi bizim Əfqanıstan və İraqdakı missiyalarda iştirakımız sayəsində 2,5 milyard dollar qənaət edib. Eyni zamanda ABŞ büdcəsindən ölkəmizə real yardım 2,5 milyard dollardan çox azdır", - Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, o, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiyaya Dəstək Milli Fondunun xətti ilə Gürcüstana yardım adı altında ayrılan pulları nəzərdə tutmur. Baş nazirin sözlərinə görə, bu təşkilatlar vasitəsilə ayrılan pullar ölkədəki iğtişaşlara xərclənib.

Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Gürcüstan hərbi tapşırıqları yerinə yetirərkən 32 hərbi qulluqçusunu itirib.

“Bizim ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşısında qoyduğumuz yeganə tələb ədalətdir”, - Kobaxidze fikirlərini yekunlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM