satellite   Azerspace-1: 11135 H 30000

Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür.

NTV Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İki tərəfin nümayəndə heyətlərinin işinin nəticəsi olaraq müəyyən razılaşmalara nail olunacağı halda belə bir görüş mümkündür. Bunu mümkün hesab edirik - lakin məhz iki tərəfin işinin nəticəsi olaraq və razılaşmaları şəklində müəyyən nəticələr əldə edildikdən sonra.

Eyni zamanda, nümayəndə heyətinin razılaşdırmalı olduğu sənədlərin imzalanması zamanı bizim üçün əsas və prinsipial məsələ Ukrayna tərəfindən bu sənədləri məhz kimin imzalayacağıdır", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM