Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

İsrail ilə İran arasındakı gərginliklə bağlı hər iki tərəf fərqli fikirlər ifadə edir. Mövzu ilə bağlı aydın fikir bildirilmir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında deyib.

Aprelin 22-də İraqa edəcəyi səfər barədə danışan Ərdoğan bunun əslində ertələnən bir ziyarət olduğunu bildirib. Qeyd edib ki, səfər çərçivəsində İraq Prezidenti və Baş naziri ilə görüşlər keçiriləcək, iki ölkə arasındakı məsələlər müzakirə olunacaq.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə nəzərdə tutulan səfərləri haqqında danışan Ərdoğan Mitsotakisin may ayına planlaşdırılan bu ziyarətinin Türkiyə-Yunanıstan əlaqələrində mühüm mərhələ kimi qiymətləndirib.

Bildirilib ki, Ştaynmayerin səfəri zamanı Türkiyə ilə Almaniya arasında siyasi, hərbi, iqtisadi və kommersiya əlaqələri müzakirə ediləcək. Prezidentlərin görüşündə Almaniya-Türkiyə münasibətlərini daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM