satellite   Azerspace-1: 11135 H 30000

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edir

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edir

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.

NTV xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim olunur.

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj

– ən yaxşı ictimai-siyasi təhlil

– ən yaxşı sosial-iqtisadi təhlil

– ən yaxşı müsahibə

– ən yaxşı mədəniyyət materialı

– ən yaxşı publisistik məqalə (köşə yazısı)

– ən yaxşı jurnalist araşdırması

– ən yaxşı oçerk

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj

– ən yaxşı sosial-iqtisadi reportaj

– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj

Materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilən müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 2026-cı il noyabrın 27-si saat 18:00-dək davam edəcək

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

12:45 20.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM