Türkiyənin nüfuzlu media qurumlarını təmsil edən, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə yazıları və reportajları ilə Türkiyə–Azərbaycan qardaşlığını nümayiş etdirən dəyərli media nümayəndələri bu gün bizimlə birlikdədir.
NTV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar söyləyib.
O, sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcəklərini bildirib: "Ağdamı, Şuşanı, Laçını və Xankəndini ziyarət edəcəyik. Yerində aparılacaq müşahidələr zamanı həm sülh mühitini yaxından izləyəcək, həm də regional sabitliyin ən parlaq nümunələrindən biri olan yenidənqurma prosesinə, Azərbaycan Prezidentinin beynəlxalq platformalarda vurğuladığı Böyük Qayıdışın memarlığına birlikdə şahidlik edəcəyik".
