satellite   Azerspace-1: 11135 H 30000

Qars-Bakı birbaşa aviareysinin açılması Türkiyədə yüksək qiymətləndirilib - FOTOLAR

Qars-Bakı birbaşa aviareysinin açılması Türkiyədə yüksək qiymətləndirilib<font color=red> - FOTOLAR</font>

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakıdan Qarsa birbaşa uçuşlara başlaması Şərqi Anadolu üçün tarixi hadisədir. Azərbaycanla birbaşa hava əlaqəsi Qarsın Türk dünyası üçün potensialını açacaq.

NTV xəbər verir ki, bu barədə iyulun 30-da AZAL-ın ilk Bakı-Qars aviareysinin sərnişinləri arasında olan Qars bələdiyyəsinin rəhbəri Ötüken Senger bildirib.

Mer Ankara ilə Qars arasında məşhur Şərq Ekspresi qatar xidmətini xatırladıb. “Bakıdan Qarsa gələn sərnişinlər Şərq Ekspresi vasitəsilə Anadolunun gözəlliyinə qərq ola biləcəklər. Bu, ölkələr arasında mühüm körpü olacaq yeni regional turizm marşrutu yaradır. Azərbaycana səfər etmək istəyənlər isə Qarsın qapılarından istifadə edə biləcəklər”, -deyə bələdiyyə sədri bildirib.

Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan da reysin əhəmiyyətindən danışıb. O, yeni aviareyslərin təkcə Qarsa deyil, həm də bütövlükdə regiona müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

“AZAL aviareyslərinin açılması turizm və ticarət üçün əhəmiyyətli təkandır. Əminəm ki, hamımız bu təşəbbüsün müsbət nəticələrini çox tezliklə hiss edəcəyik”, - deyə palata rəhbəri vurğulayıb.

Bakı ilə Qars arasında uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni marşrut Azərbaycan ilə Türkiyə arasında artan sərnişin axınını nəzərə almaq və iki qardaş ölkənin hava əlaqələrinin daha da inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM