satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

NTV xəbər verir ki, Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni təyinatın nazirliyin fəaliyyətinin daha da səmərəli təşkilinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Ülvi Hacızadə ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edib. O, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün bilik və bacarığını səfərbər edəcəyini, göstərilən etimadı doğrultmaq istiqamətində əzmlə çalışacağını bildirib. Nazirliyin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin icrasında kollektivlə birlikdə səmərəli fəaliyyət göstərəcəyini vurğulayıb.

Bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM