satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan–Sədərək magistralında minik avtomobili yanıb

Naxçıvan–Sədərək magistralında minik avtomobili yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan–Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

NTV xəbər verir ki, hadisə ilə əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və bir ədəd sol təkəri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM